Chillbaycan 100 Üzvə Çatdı — İcma Bayramı
Summary
CHİLLBAYCAN #SUMMERISCALLING qeyd edir ki, icmamız 100 nəfərə çatdı. Bu elan söhbətlərin canlanması, oyun və dəstək axtaran üzvlər, həmçinin dostları dəvət etmə çağırışı barədədir. Biz birlikdə daha səmimi və aktiv bir məkan yaratmağı hədəfləyirik, hər kəsin səslə və varlığı önəmlidir.
Bu gün Chillbaycan olaraq bizim üçün çox gözəl bir yerə çatdıq — artıq 100 nəfərlik bir icmayıq.
Bəlkə kənardan baxanda bu sadəcə bir rəqəm kimi görünə bilər, amma bizim üçün bundan daha artıqdır. Bu 100 nəfərin içində söhbətə qoşulan, oyun oynayan, zarafat edən, dinləyən, dəstək olan və bu məkanı daha səmimi edən insanlar var.
Chillbaycanı quranda istəyimiz sadəcə bir Discord serveri yaratmaq deyildi. Burada insanların özünü rahat, dəyərli və aid hiss edə biləcəyi bir icma qurmaq istəyirdik. Elə bir yer ki, kimsə danışmaq istəyəndə tək qalmasın, oyun oynamaq istəyəndə komanda tapa bilsin, içini tökmək istəyəndə onu anlayan insanlar olsun.
Son günlər söhbətlərin bir az da canlandığını görmək bizi çox sevindirir. Bilirik, bəzən ilk mesajı yazmaq çətin olur. Amma unutmayın ki, bəzən gözəl dostluqlar sadəcə bir “salam” ilə başlayır. Ona görə çəkinməyin, söhbətə qoşulun, özünüz olun. Burada hər kəsin səsi və varlığı önəmlidir.
Əgər real həyatda sevdiyiniz, dəyər verdiyiniz və bu icmada özünü rahat hiss edə biləcəyini düşündüyünüz dostlarınız varsa, onları da Chillbaycan ailəsinə dəvət etməyi unutmayın. Bəlkə də sizin dəvət etdiyiniz biri burada özünə yeni dostlar, isti söhbətlər və aid hiss edəcəyi bir məkan tapacaq.
Bu yolun bir parçası olduğunuz üçün hər birinizə təşəkkür edirik. Yaxşı ki, buradasınız, yaxşı ki, Chillbaycanın bir hissəsisiniz. 🤍
Gəlin birlikdə bu icmanı daha da səmimi, daha aktiv və daha doğma bir yerə çevirək.
Chillbaycan sadəcə bir server deyil — birlikdə qurduğumuz bir dostluq məkanıdır. 🤍